Fransız polisi yeni “11 sentyabr”ın qarşısını aldı
Fransada 2001-ci il 11 sentyabr terror aktı planına oxşar ssenari ilə həyata keçirilməsi nəzərdə tutulan teraktın qarşısı alınıb. ONN media xəbər verir ki, bu barədə “Frans İnfo” radiostansiyası Daxili İşlər naziri Kristof Kastanerə istinadən informasiya yayıb. Məlumata görə, hüquq-mühafizə orqanları artıq terakt hazırlığında şübhəli şəxsi saxlayıblar. Fransa vətəndaşı olan bu şəxsin təyyarə qaçırmağı planlaşdırdığı qeyd edilib.
