Ərdoğan bu böhrandan zəfərlə çıxdı - Rusiya mediası

Vaşinqtonun Ankaraya sanksiya və təzyiqləri boşa çıxdı. ONN media xəbər verir ki, bu barədə Rusiyanın “Vzqlyad” portalında yayımlanan məqalədə deyilib. “ABŞ-Türkiyə əlaqələri qurtuluş şansına qovuşdu” başlıqlı məqalədə Prezident Rəcəb Tayyib Ərdoğanın Suriyadakı əməliyyatla əlaqədar ABŞ-la aralarında yaranmış böhrandan zəfərlə çıxdığı qeyd edilib. Rusiyanın “Kommersant” nəşri isə razılaşmada hər iki tərəfin qazandığını açıqlayıb.