Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusu Suriyada daha bir hərbçisini itirib.
ONN media Türkiyənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Tel-Abyad qəsəbəsi yaxınlığında PKK/YPG terrorçularının açdığı atş nticəsində 1 hərbçi şəhid olub, digəri isə yaralanıb.
Qeyd edək ki, oktyabrın 17-də imzalanmış Türkiyə-ABŞ razılaşmasına əsasən ərazidə müvəqqəti atəşkəs elan edilib. Lakin PKK/YPG qüvvələri atəşkəsi pozaraq hərbçiləri hədəf alıb.