3 əsgər təlimlər zamanı həlak oldu

Bu gün ABŞ-ın Corciya ştatında keçirilən təlimlərdə ölkənin üç hərbi qulluqçusu həlak olub, üç nəfər yaralanıb. ONN media bildirir ki, bu barədə "WKRG" yerli telekanalı bildirib. Faciənin təlim meydanında Fort Stüartdakı 3-cü piyada diviziyasının 1-ci Zirehli Briqadasının təlimlərində iştirak edən Bradley zirehli texnikasının uğradığı qəza nəticəsində baş verdiyi bildirilir. Hərbiçilərin ölümü yerindəcə müəyyənləşdirilib, zərərçəkənlər xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar hazırda istintaq aparılır.