Pendirin möcüzəvi FAYDALARI

Sağlam olmaq istəyən insanın menyusunda pendir yer almalıdır. Həftənin heç olmasa 4 günü pendirin müxtəlif növlərindən dadmaq lazımdır.Bəs pendir hansı faydalı xüsusiyyətlərinə görə, əvəzolunmaz qida hesab edilir? ONN media medicina.az-a istinadən xəbər verir ki, elm adamları pendirin içərisində olan "feniletilamin" adlı maddənin qan dövranını sürətləndirdiyini və qanda qlükoza səviyyəsini yüksəltdiyini bildirirlər. -Pendir saçları gücləndirir, saç tökülməsinin qarşısını alır. -Yaddaşı möhkəmləndirir, diqqəti artırır. Zəkanı qüvvətləndirir. -Görmə qabiliyyətini yaxşılaşdırır, katarakta riskini azaldır. -Vücudun gündəlik zülal ehtiyacını ödəyə bilir. -İmmunitet sistemini gücləndirir. -Bağırsaqlarda yaşayan zərərli mikroorqanizmaları məhv edir, yararlı bakteriyaların yaşamasına şərait yaradır. -A,B1,B2,B6,B12 vitaminləri, fol turşusu ilə zəngindir. -Dişləri qoruyur, qadınlarda müşahidə edilən sümük əriməsi probleminin qarşısını alır. -Uşaqların boyunun daha tez uzanmasını təmin edir. -Həzm prosesini asanlaşdırır. Südə qarşı allergiyası olan insanlar belə rahatlıqla pendir yeyə bilərlər.