Daha bir nazir işdən çıxarıldı - Sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şahin Mustafayevin Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. ONN media sərəncamın mətnini təqdim edir: Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilsin. Prezidentin digər sərəncamı ilə Şahin Mustafayev Baş nazirin müavini təyin edilib.