Emin Ağalarovdan yaşlı insanlara BÖYÜK JEST

Emin Ağalarovdan yaşlı insanlara BÖYÜK JEST

Xalq artisti Emin Ağalarov Rusiyanın paytaxtı Moskva şəhərində yaşlı insanların iş günlərində pulsuz isti yemək ala biləcəyi “Dobrodomik” adlı kafe açıb. ONN media kult.az -a istinadən xəbər verir ki, bu barədə xalq artisti İnstaqram səhifəsində məlumat paylaşıb. Layihə E.Ağalarovun və təsisçilər Aleksandra Sinyak və Yevgeni Gerşeviçin təşəbbüsü ilə həyata keçirilib. E.Ağalarov A.Sinyak və Y.Gerşeviçlə birgə yeni açılan kafenin qonaqları ilə görüşüb. Kafedə yaşlı insanların və əlil qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb.

Geri qayıt