Prezident Mikayıl Cabbarovu vəzifəsindən azad etdi
Azərbaycan Respublikası Prezidenti Mikayıl Cabbarovun Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. ONN media sərəncamın mətnini təqdim edir: "Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilsin". Prezidentin digər sərəncamı ilə Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilib.
