Şəhərin mərkəzində 9 cəsəd tapıldı - DƏHŞƏT

Meksikanın cənubunda yerləşən Querrero əyalətində dəhşətli cinayət hadisəsi baş verib. ONN media xəbər verir ki, Zitlala şəhərində yol kənarında 9 cəsəd tapılıb. Əyalətin baş prokurorluğundan verilən açıqlamaya görə, öldürülən şəxslər iki mafiya qruplaşması arasındakı silahlı qarşıdurma zamanı cinayətin qurbanı olub. Hadisə ilə bağlı istintaq işi açılıb.