Ən bahalı avtomobil brendləri açıqlanıb - REYTİNQ

"Interbrand" konsaltinq şirkəti 2019-cu ilin ən bahalı qlobal brendlərin reytinqini dərc edib. ONN media "APA-Economics"-ə istinadən bildirir ki, siyahıda ümumiyyətlə 100 brend yer alıb. Brendin dəyərini qiymətləndirmək üçün "Interbrand"in mütəxəssisləri brendin maliyyə göstəricilərini, eyni zamanda onların alış qərarlarındakı rolunu, brendin analoji sektorda digər brendlər arasında rəqabət qabiliyyətini təhlil ediblər. Siyahıda yer almış ən bahalı avtomobil brendlərinin reytinqini təqdim edirik:
# | Brend | Dəyəri, mlrd. ABŞ dolları | İl ərzində dəyərin dinamikası, % |
1 | Toyota | 56,246 | 5 |
2 | Mercedes-Benz | 50,832 | 5 |
3 | BMW | 41,440 | 1 |
4 | Honda | 24,422 | 3 |
5 | Ford | 14,325 | 2 |
6 | Hyundai | 14,156 | 5 |
7 | Volkswagen | 12,921 | 6 |
8 | Audi | 12,689 | 4 |
9 | Porsche | 11,652 | 9 |
10 | Nissan | 11,502 | -6 |
11 | Ferrari | 6,458 | 9 |
12 | Kia | 6,428 | -7 |
13 | Land Rover | 5,855 | -6 |
14 | Mini | 5,532 | 5 |