ABŞ İrana yeni sanksiyalar tətbiq edəcək - ELAN EDİLDİ

ABŞ İrana qarşı sanksiyaları genişləndirəcək. ONN media xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin danışıb. “Biz sanksiyalar vasitəsilə maksimum təzyiq üçün kampaniya aparırıq. Onlar işə yarayıb və yarayır. Sanksiyalar pul axınının qarşısını alır. Biz sanksiyaları daha da genişləndirəcəyik”, - Mnuçin bildirib.