SON SAAT - Biləcəridə zəncirvari qəza

SON SAAT - Biləcəridə zəncirvari qəza


Bu gün axşam saat 19:40 radələrində Biləcəri qəsəbəsində zəncirvari qəza baş verib.
ONN media baku.ws-ə istinadən xəbər verir ki, yük maşını da daxil olmaqla bir neçə maşın bir-birinə dəyib. Hadisə zamanı ciddi xəsarət alan olmasa da, maşınlara ziyan dəyib. Şahidlərin dediyinə görə, qəzaya motosiklet sürücüləri səbəb olub. Lakin onlar qəzadan sonra hadisə yerindən uzaqlaşıblar.
Geri qayıt