İşlədiyi idman kompleksindən oğurluq etdi

Beyləqan şəhəri ərazisindəki idman kompekslərinin birində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də şəhər ərazisindəki idman kompekslərinin birində Bakı şəhər sakini T.Şərifovun çantasından 940 manat oğurlamaqda şübhəli bilinən, orada xadimə işləyən rayonun Qəhrəmanlı kənd sakini R.Novruzova saxlanılıb.