“WhatsApp” İsrail şirkətini məhkəməyə verdi — SƏBƏB

“WhatsApp” İsrail şirkətini məhkəməyə verdi — SƏBƏB


“WhatsApp” şirkəti İsrailin kibernəzarət şirkəti olan “NSO Group”u məhkəməyə verib.

ONN media xəbər verir ki, buna səbəb həmin şirkətin “WhatsApp”dan genişmiqyaslı casusluq üçün istifadə etməsidir. Məlumata görə, “NSO Group” 20 ölkədə aralarında məşhur jurnalistlər və hüquq müdafiəçiləri də olmaqla 1400-dən çox insanı izləyib. Şəxsi məlumatları ələ keçirilən həmin şəxslər “WhatsApp” tərəfindən xəbərdar edilib. “WhatsApp” rəsmiləri Şimali Kaliforniya Regional Məhkəməsinə şikayət edərək “NSO Group”un daimi olaraq “WhatsApp”dan istifadəsinə qadağa qoyulmasını tələb ediblər.
Geri qayıt