Bakıda iki avtobus toqquşdu: 6 nəfər yaralandı

Bakıda iki sərnişin avtobusu toqquşub. ONN media xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ramana yolunda baş verib. Belə ki, Bakı Sənaye-Pedaqoji Kollecinin qarşısında hərəkətdə olan 49 və 106 saylı sərnişin avtobusları toqquşub. Nəticədə 6 nəfər yaralanıb. Yaralıların hamısı qadındır. Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili gəlib, yaralılar xəstəxanaya aparılıb. Səhiyyə Nazirliyi faktı təsdiqləyib.