Prezident daha 2 sərəncam imzaladı

Prezident daha 2 sərəncam imzaladı

Prezident İlham Əliyev Kənd təsərrüfatı işçilərinə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. ONN media sərəncamın mətnini təqdim edir: Kənd təsərrüfatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı verilsin: Əzimov İlham Müqbil oğlu Hacıyev Rahət Tofiq oğlu Quliyev Babakişi Orucəli oğlu. *** İlham Əliyev M.M.Hüseynova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: 1. Atçılığın inkişafında xidmətlərinə görə Maarif Məmməd oğlu Hüseynova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Geri qayıt