Vasif Talıbov SƏRƏNCAM İMZALADI

Vasif Talıbov  SƏRƏNCAM İMZALADI

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. ONN media xəbər verir ki, sərəncama əsasən, Şahbuz Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə xəstəxananın 2019-cu il noyabrın 1-dən fəaliyyətini təmin etmək tapşırılıb. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Şahbuz Rayon Mərkəzi Xəstəxanası işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il noyabrın 1-dən 50 faiz artırılması təmin ediləcək. Bundan əlavə, bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Şahbuz Rayon İcra Hakimiyyətinə sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilməsini təmin etmək tapşırılıb.

Geri qayıt