İsrail səfirliklərini yenidən açacaq - TARİX MƏLUM OLDU

İsrail səfirliklərini yenidən açacaq - TARİX MƏLUM OLDU

İsrail sabahdan etibarən bütün səfirliklərini yenidən açacaq. ONN media xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata görə, Maliyyə Nazirliyi ilə problem üzündən bağlanmış diplomatik nümayəndəliklər noyabrın 1-dən əvvəlki fəaliyyətinə qayıdacaq. Qeyd edək ki, Maliyyə Nazirliyinin diplomatların xərcləri ilə bağlı vergilərin geri alınması qərarından sonra səfirliklər bir çox ölkələrdə, o cümlədən Azərbaycan tətil elan etmişdi.

Geri qayıt