“Azəriqaz” sədri işdən çıxarıldı və yeni vəzifə aldı

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad edilib. ONN media xəbər verir ki, bu barədə yayılan məlumat “Azəriqaz” İB-dən təsdiqlənib. Məlumatda qeyd olunub ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə “Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev təyin edilib. R.Abdullayevin digər əmri ilə Əkbər Hacıyev Qaz İxrac İdarəsinin rəisi, Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev “Neftqaztikinti” trestinin müdiri, Heydər Əliyev adına NEZ-in direktor müavini Füzuli Hacıyev Təhlükəsizlik İdarəsinin rəisi, Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.