Hava limanında yanğın oldu - YEREVANDA

Hava limanında yanğın oldu - YEREVANDA

Ermənistanın paytaxtı Yerevanın "Erebuni" hava limanında yanğın baş verib. ONN media xəbər verir ki, yanğın hava limanının anqarında başlayıb. Hadisə yerinə yanğınsöndürənlər göndərilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Edmon Zarqaryan bildirib ki, bir müddət sonra yanğını söndürmək mümkün olub. Hazırda yanğının baş vermə səbəbləri və dəymiş ziyanın həcmi araşdırılır. Qeyd edək ki, "Erebuni" hava limanın ərazisində hazırda Rusiyaya məxsus eyniadlı aviabaza dislokasiya olunub.

Geri qayıt