Bakıda AĞIR QƏZA - Yaralılar var - SON DƏQİQƏ

Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ONN media xəbər verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospektində qeydə alınıb. Belə ki, 57 saylı marşrutla "Bakubus" MMC-yə məxsus 7A avtobusu toqquşub. Qəza nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub.