Putin 10 generalı işdən çıxardı

Putin 10 generalı işdən çıxardı

Rusiya prezidenti Vladimir Putin İstintaq Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin 10 generalının işdən çıxarılması haqqında fərman imzalayıb.

ONN media xəbər verir ki, işdən çıxarılanlar arasında Daxili İşlər Nazirliyinin dələduzluqda ittiham edilən general-mayoru Aleksandr Melnikov da var.

Vəzifədən azad edilənlərdən 6-ı FHN-nin, 4-ü Daxili İşlər Nazirliyinin, 1-i İstintaq Komitəsinin generalıdır.

Fərmanla azad edilənlərdən biri habelə ədliyyə general-leytenantı, Dördüncü İstintaq İdarəsinin rəisi Ruslan İbievdir

Geri qayıt