Bu xəbərləri yazmaq QADAĞAN EDİLDİ- DİQQƏT

Bu xəbərləri yazmaq QADAĞAN EDİLDİ- DİQQƏT

İranda müttəhim şəxslərin etiraflarını yayan media nümayəndələri 6 aydan 3 ilədək həbs olunacaq. ONN media xəbər verir ki, bunu İran Parlamentinin deputatı Mahmud Sadeqi "Twitter" səhifəsində bildirib. M.Sadeqinin sözlərinə görə, bu gün İran Parlamentinə müttəhimlərin etirafının yazılması və mediada yayılması ilə bağlı qadağa layihəsi daxil olub. Deputat bildirib ki, layihə təsdiqlənərsə, belə məlumatları yayan KİV nümayəndələri həbsdən əlavə, müttəhimlərdən üzr istəməli də olacaqlar.

Geri qayıt