Ərdoğan ABŞ-a səfərlə bağlı qərarını açıqladı

Ərdoğan ABŞ-a səfərlə bağlı qərarını açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri ilə bağlı qərarını açıqlayıb. ONN media xəbər verir ki, prezident əvvəlcə həmkarı Donald Trampla telefonda danışacağını, daha sonra Vaşinqtona yollanıb-yollanmamaq haqqında düşünəcəyini deyib. Ədalət və İnkişaf Partiyasının toplantısından çıxarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan bildirib ki, F-35 qırıcılarının satışı problemi həll olunmasa, lazımi addımlar atılacaq. Qeyd edək ki, Donald Tramp Ərdoğanı 13 noyabrda Vaşinqtona dəvət edib

Geri qayıt