Məşhur türkiyəli aparıcı xəstəxanaya yerləşdirildi

Türkiyəli model və aparıcı Çağla Şikel xəstəxanaya yerləşdirilib. ONN media xəbər verir ki, bu haqda onun bacısı Berna Şikel məlumat yayıb: "Çağlanı güclü qarınağrısı səbəbilə xəstəxanaya yatırmışıq. Həkimlər bədənində güclü iltihabi proses getdiyini bildirir. Hazırda müalicəsi davam edir". Berna onu da bildirib ki, model xəstəliyini övladlarından gizlədib.(axşam.az)