Ərdoğan ABŞ-la bağlı qərarını açıqladı: "Putinlə..."

“Dünən axşam telefonda danışdıqdan sonra ABŞ-a gedəcəyimə qərar verdim”. ONN media xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfərindən öncə hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib. “Siyasətdə bir şeyi xatırlatmaq istəyirəm: bizim üçün ən önəmli hökm bütün işlərimizdə müzakirəyə əhəmiyyət verməkdir. Hazırda səfəri çox fərqli zamanda, “Barış Pınarı” əməliyyatının davam etdiyi vaxtda edirik”, - Ərdoğan deyib. O bildirib ki, Suriya məsələsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə də müzakirə aparacaq. Qeyd edək ki, Donald Tramp Türkiyə prezidentini 13 noyabrda Vaşinqtona dəvət edib.