İraqda etirazlar davam edir: 10 ölü

İraqda son 24 saat ərzində hökumət əleyhinə nümayişlərdə 10 nəfər həlak olub. ONN media xəbər verir ki, ölənlərdən dörd nəfəri təcili yardım xidmətinin işçiləridir, Yeddi nəfər isə Təhrir meydanındakı nümayişlər zamanı həlak olub. Qeyd edək ki, İraqda etirazlar oktyabr ayının əvvəlindən davam edir. Aksiya iştirakçıları hökumətin istefasını, korrupsiyaya, işsizliyə son qoyulmasını, həyat şəraitinin yaxşılaşmasını tələb edirlər.