Qadına görə təyyarə məcburi eniş etdi

Qadına görə təyyarə məcburi eniş etdi

Çelyabinskdən Soçiyə uçan təyyarə Samaraya məcburi eniş edib. ONN media xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin təyyarənin tualetində siqaret çəkməsi olub.

Kuybışev Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, qadın sərnişin elektron siqaret çəkdiyi üçün təyyarədən endirilib. Daha sonra hava gəmisi Samaradan Soçiyə yola düşüb.
Geri qayıt