MM hökumətə vaxt verdi: 13 günə...

Milli Məclis “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşdan qəbul edilib. ONN media xəbər verir ki, Milli Məclis plenar iclasda səsləndirilən təkliflərlə bağlı hökumətə noyabrın 26-na qədər vaxt verib. Bu müddətdə hökumət parlamentdə səsləndirilən təklifləri nəzərdən keçirəcək. Büdcə müzakirəsi noyabrın 26-da davam edəcək. Qeyd edək ki, dünən Milli Məclisdə başlayan büdcə müzakirələri zamanı deputatlar bir sıra təkliflər səsləndirib. Millət vəkilləri 2023-cü ilə qədər müdafiə xərclərinin azaldılmasına etiraz edib, siyasi partiyalara, QHT-lərə və KİV-lərə də ayrılan vəsaitin artırılmasını və.s təkliflər ediblər.