Sultan Dadaşov ordenlə təltif edildi

Prezident İlham Əliyev Sultan Dadaşovun 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Sultan Tofiq oğlu Dadaşov 3 cü dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.