Gəncədə DƏHŞƏTLİ QƏTL - Oğul atasını öldürdü
Gəncə şəhərində oğul atasını qətlə yetirib. ONN media bildirir ki, hadisə Kəpəz rayonunda qeydə alınıb. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Dadaşov Yüsif Mübariz oğlu sərxoş vəziyyətdə atası, 1967-ci il təvəllüdlü Mübariz Dadaşovu bıçaqlayıb. Ağır xəsarət alan M.Dadaşov ölüb. Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
