Rusiya ilə Hindistan arasında gizli RAZILIQ

Rusiya ilə Hindistan arasında gizli RAZILIQ

Hindistan “S-400” hava hücumundan müdafiə sistemləri əldə etmək üçün Rusiyaya ödəniş edib. ONN media xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Hindistan hökumətindəki mənbə “Hindustan Times”ə açıqlama verib. İddialara görə, Yeni Dehli müdafiə sistemləri üçün Moskvaya 850 milyon dollar ödəniş edib. Bu da ümumi məbləğin 15 faizidir. Məlumata görə, 2025-ci ilə kimi Moskva Hindistana ümumi dəyəri 5,4 milyard dollar olan 5 ədəd “S-400” satacaq. Qeyd edək ki, ABŞ Hindistanın “S-400” sistemləri almasına qarşı çıxır. Vaşinqton Yeni Dehlini sanksiyalarla təhdid edir.

Geri qayıt