Məşhur xəbər agentliyinin redaktoru İTKİN DÜŞDÜ

Məşhur xəbər agentliyi “İnterfaks”ın redaktoru Marqarita İqnatova Moskvada itkin düşüb. ONN media xəbər verir ki, jurnalistlə dünəndən əlaqə kəsilib. Mobil telefonuna zəng çatmayan Marqarita sonuncu dəfə noyabrın 17-də səhər saatlarında kilsədə olub. Kilsədən çıxdıqdan sonra isə ondan xəbər alınmayıb. Marqarita agentliyə də getməyib.