Bakı-Sabunçu qatarlarının hərəkəti dayandırıldı

Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılıb. Azərbaycan Dəmir Yolları QSC-dən ONN media-ya verilən məlumata görə, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq. “Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur”, - deyə QSC-dən bildirilib.