Gənc qadın gecə saatlarında evindən itkin düşdü

Gənc qadın gecə saatlarında evindən itkin düşdü

Gəncədə 32 yaşlı qadın itkin düşüb. ONN media xəbər verir ki, hadisə Gəncə şəhəri Dədə Qorqud küçəsi, bina 27, mənzil 36-da baş verib. Həmin ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Quliyeva Aygün Arzu qızı noyabrın 15-də gecə saat 01 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Olayla bağlı araşdırmalar başlanılıb.

Geri qayıt