Dünyanın ən yaxşı pasportları açıqlandı - Ölkəmiz bu yerdə...

“Quality of Nationality İndex” dünyanın ən yaxşı pasportlarının reytinq cədvəlini açıqlayıb. ONN media xəbər verir ki, Fransa pasportu artıq 8-ci ildir liderliyini qoruyub saxlayır (83,5%). İkinci yeri 82,8% səslə Almaniya, üçüncü yeri 81,?% səslə Danimarka tutub. Dördüncü yeri İsveç və Norveç (81,5%), beşinci yeri 81,4% səslə İslandiya bölüşüb.
İlk onluğa Finlandiya, İtaliya, ABŞ, İrlandiya və İspaniya daxil olub. Cənubi Qafqaz ölkələrindən Azərbaycan 105-ci, Ermənistan 98-ci, Gürcüstan 77-ci yerdə qərarlaşıb. Türkiyə isə 76-cı yerdə olub.