Sosial şəbəkə 400 min nəfəri bloka atdı - Maraqlı SƏBƏB

Dünyanın ən böyük mesajlaşma platforması olan Vatsap 400 min nəfəri bloka atıb. ONN media xəbər verir ki, buna səbəb 2018-ci ildə Braziliyada keçirilən prezident seçkilərində sosial media vasitəsilə saxta xəbərlərin yayılmasıdır. Şirkət rəsmiləri məlumatı təsdiqləyib: “Vatsap şifrəli platformadır. Avtomatik və toplu mesajlaşmaya dair verilən qərarlar mesajlaşma məzmununu deyil, hesab davranışlarını hədəf alır”. Saxta xəbərlər sayəsində hansı namizədlərin üstünlük qazandığı, hansılarınsa az səs topladığı hələlik açıqlanmayıb.