İranda hökumət tərəfdarları da KÜÇƏLƏRƏ AXIŞDI

İranda hökumət əlehdarlarının ardınca tərəfdarları da küçələrə çıxıb. ONN media xəbər verir ki, ölkənin cənub-şərq və cənub-qərb şəhərlərində hökumət tərəfdarları mitinqlər təşkil edib. Nümayişçilər ABŞ və İsrail əleyhinə şüarlar səsləndirib, benzinin bahalaşmasına görə küçələrə çıxan narazı kütləni tənqid edib. Qeyd edək ki, İranda benzinin 3 dəfə bahalaşmasına qarşı təşkil olunan etiraz aksiyaları zamanı çox sayda insan həyatını itirib.