Türkiyədə və... 5,2 bal gücündə zəlzələ - Yaralılar...

Kuril adaları yaxınlığında 5,2 bal gücündə zəlzələ baş verib. ONN media bildirir ki, yeraltı təkanların episentri Kurilskdən 161 kilometr cənub-qərbdə, ocağı isə 38,4 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib. Türkiyədə 3,6 bal gücündə zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeralı təkanların episentri Van əyalətindən 93 kilometr şərqdə, ocağı isə 1 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. (Trend)