Tiflisdə yeni etiraz: Bidzina, biz gəldik...

Tiflisdə Gürcü Arzusu Partiyasının ofisi qarşı etiraz aksiyası başlayıb. ONN media xəbər verir ki, aksiyanı “Şeçvale” (Dəyiş) təşkilatının nümayəndələri təşkil ediblər. Etirazçılar ofisin önündə “Bidzina, biz yenə gəldik!” şüarları səsləndirilir. Onlar hakim partiyadan verdiyi vədləri icra etməyini tələb edirlər. Gürcüstan mətbuatı hazırda ofisin önündə hüquq-mühafizə orqanlarının yerləşdirildiyini bildirib.