Prezidentdən bu şəxslərlə bağlı MÜHÜM SƏRƏNCAM

Prezidemt İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. ONN media bildirir ki, sərəncamda qeyd edilir ki, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin: Abdullayev Sərhəddin Qubaddin oğlu Göyçayskiy Şövqisəfa Yusifziya oğlu Quliyev Akif Ələkbər oğlu Rüstəmov İzzət Əşrəf oğlu. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.