Tbilisidə etirazlarla bağlı SON DURUM: parlament binası qarşısında...

Tbilisidə etirazlarla bağlı SON DURUM: parlament binası qarşısında...

Tbilisidə parlament binası qarşısında keçirilən mitinq başa çatıb. ONN media xəbər verir ki, mitinq bitdikdən sonra aksiya etirazçıları parlament binasının girişlərini bloklamağa başlayıblar. Gecəni keşik çəkərək keçirəcəklərini bildirən etirazçılar parlament binasının girişlərinə, eləcə də Rustaveli prospektində çadırlar qurublar. Qızınmaq üçün əraziyə dəmir çəlləklər və odun gətirməsinə polis icazə verməyib. Etirazçılar parlamentin sabah başlayacaq plenar sessiyasında iştirak etmək üçün millət vəkillərini binaya buraxmayacaqlarını bəyan ediblər. / APA

Geri qayıt