Bakının mərkəzində AĞIR QƏZA - Hamilə qadın və daha 2 nəfər...

Bakının mərkəzində AĞIR QƏZA - Hamilə qadın və daha 2 nəfər...

Bu gün Nərimanov rayonunda ağır yol qəzası baş verib. ONN media xəbər verir ki, Ağa Nemətulla küçəsində avtomobil qəzası barədə məlumat təcili yardıma saat 13:46-da daxil olub. Hadisə yerindən 25 yaşlı hamilə qadın sol ayağın əzilməsi, 26 yaşlı kişi sol qaşüstü nahiyəsinin əzilməsi və 24 yaşlı kişi qapalı kəllə-beyin və burun sümüyünün sınığı diaqnozu ilə KTM-ə çatdırılıblar. Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Geri qayıt