Növbədənkənar seçki keçiriləcək?

Bu gün hakim Yeni Azərbaycan partiyasının Siyasi Şurasının toplantısı keçiriləcək.
ONN media xəbər verir ki, bu barədə məlumatı YAP mətbuat xidmətindən təsdiqləyiblər. Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev YAP SŞ-nin iclasının gündəliyi ilə bağlı məlumat verməkdən imtina edib.
Bildirilib ki, bu gün 15:00-da media üçün geni mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, bundan öncə YAP Siyasi Şurasında növbədənbkənar parlament seçkisi ilə bağlı müzakirə aparılacağı barədə məlumat yayılmışdı.
Azərbaycanda parlament seçkisi 2020-ci il noyabrda keçirilməlidir