İtkin düşən qadın tapıldı - Gəncədə

İtkin düşən qadın tapıldı - Gəncədə

Gəncədə itkin düşən qadın tapılıb. ONN media bildirir ki, hadisə Gəncə şəhəri, Dədə Qorqud küçəsi, bina 27, mənzil 36-da baş verib. Həmin evdə yaşayan, 1987-ci il təvəllüdlü Quliyeva Aygün Arzu qızı noyabrın 15-də naməlum şəraitdə itkin düşüb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadın tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt