Məktəblərə yeni dərsliklər paylanıldı

Məktəblərə yeni dərsliklər paylanıldı

Azərbaycanda məktəbəhazırlığın səmərəli təşkili məqsədilə hazırlıq qrupları və sinifləri üçün təkmilləşdirilmiş vəsaitlərin hazırlanması üzrə işlər aparılır. ONN media bildirir ki, bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Təhsil İnstitutunun Məktəbəqədər təhsilin kurikulum şöbəsinin müdiri Laləzar Cəfərova məlumat verib. O bildirib ki, həmin kitablardan artıq yarısı çap olunaraq Təhsil Nazirliyi tərəfindən məktəblərə təqdim olunub. Qeyd edək ki, məktəbəhazırlıq qruplarının fəaliyyəti təhsildə əhəmiyyətli addımlardan biridir. Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli 271 nömrəli qərarı ilə ümumtəhsil məktəblərində dövlət vəsaiti hesabına 5 yaşlıların məktəbəhazırlıq qruplarında təhsili həyata keçirilməyə başlanılıb. 2019-cu ildə beşyaşlıların 90 faizinin məktəbəhazırlığa cəlb edilməsi üçün dövlət tərəfindən imkan yaradılıb.

Geri qayıt