Bakı metrosunda HƏYƏCANLI ANLAR

Bakı metrosunda sərnişinin ürəyi tutub. ONN media xəbər veir ki, hadisə bu gün saat 15:49 radələrində metronun "İnşaatçılar" stansiyasında baş verib. Belə ki, 35-40 yaşlarında kişinin ürəyi tutub. Hadisə, sərnişin stansiyada qatar gözləyərkən, baş verib. Dərhal digər sərnişinlər və polis əməkdaşları həmin şəxsə kömək etməyə çalışıblar. Hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb.