Bakıda 23 yaşlı oğlan evində bıçaqlandı

Bakıda 23 yaşlı oğlan evində bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi olub. ONN media bildirir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1996-cı il təvəllüdlü Məmmədov Seymur Nizami oğlu qəsəbənin Mirzəyev küçəsi ev 4-də yaşayan, 1996-cı il təvəllüdlü Atakişiyev Mahir Əlixan oğlunun evinə gələrək qısqanclıq zəminində mübahisə edib. Mübahisə nəticəsində S.Məmmədov üzərində gəzdirdiyi bıçaqla M.Atakişiyevə zərbə endirib. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlayıb, hadisəni törətməkdə şübhəli bilinən S.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.(trend)

Geri qayıt