15 yaşlı qızı avtomobil vurdu - VƏZİYYƏTİ...

Goranboy rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. ONN media bildirir ki, rayonun Borsunlu kənd sakini, 2004-cü il təvəllüdlü Gülzarə Afiq qızı Əhmədova yolu qarşı tərəfə keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan piyada Goranboy Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun kəllə-beyin travması aldığı, vəziyyətinin isə ağır olaraq qaldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.