Bakıda binadan 15 nəfər təxliyə edildi - NƏ BAŞ VERİR?

Bakıda binadan 15 nəfər təxliyə edildi - NƏ BAŞ VERİR?

Bakıda beşmərtəbəli evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 12 ədəd sayğac yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 3-ü azyaşlı olmaqla 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Geri qayıt